AÇ-2020: Nazir yarımfinal və final matçının İngiltərədə keçirilməsini istəmir

İtaliyanın baş naziri Mario Draqi AÇ-2020-nin yarımfinal və final matçlarının İngiltərədə keçirilməsini istəmir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir, İngiltərədə koronavirusa yoluxma hallarının artması səbəbindən həlledici oyunlara ev sahibliyinin dəyişməsinin tərəfdarıdır:

“Koronavirusa yoluxma hallarının sürətlə artdığı bir ölkədə final oyunlarının keçirilməsinə mane olmaq lazımdır. Bunun üçün əlimdən gələni edəcəm. Yarımfinal və final oyunlarının Romada oynanılmasının tərəfdarıyam”.

AÇ-2020-nin iki yarımfinal və final matçı İngiltərədə, “Uembli” stadionunda oynanılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button