“Çelsi” futbolçusunu “Atalanta”ya satdı

İtaliyanın “Atalanta” klubu icarə əsasında komandada çıxış edən Mario Paşaliçin transfer hüquqlarını alıb.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Atalanta”nın 25 yaşlı xorvat üçün “Çelsi”yə 15 milyon avro ödədiyi bildirilib. Berqamo təmsilçisi Paşaliçlə 5 illik müqavilə imzalayacaq.

Paşaliç 2018-ci ildən “Atalanta”da icarədə idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button