AÇ-2020-nin çempionu klubsuz qalıb

İtaliya milli komandasının futbolçusu Corco Kyellini klubsuz qalıb.

Komanda.az xəbər verir ki, 37 yaşlı müdafiəçinin “Yuventus”la müqaviləsinin müddəti iyunun 30-da bitib və hazırda azad agentdir. Bu barədə Kyellininin meneceri Davide Lippi yerli mətbuata açıqlamasında deyib:

“Bəli, Kyellini klubsuzdur. Hələ təklif yoxdur. “Yuventus”dan danışıqlar üçün dəvət gözləyirik. Avropa çempionatında da gördük ki, Kyellini hələ oynamaq istəyir”.

Kyellini İtaliya yığması ilə son Avropa çempionatının qalibi olub.