İtaliya klubunda yeni baş məşqçi

“Empoli”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanı Fabio Kazerta çalışdıracaq. 47 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Kazerta karyerasına 2016/17 mövsümündə “Yuve Stabia”da köməkçi məşqçi kimi başlayıb. O, növbəti mövsüm komandaya rəhbərlik edib və daha sonra komandanı B Seriyasına yüksəltməyi bacarıb.

Kazerta o vaxtdan bəri “Peruca”, “Benevento”, “Kozensa”, “Katanzaro” və “Bari” də daxil olmaqla bir sıra İtaliya klublarında işləyib.

Mütəxəssis “Empoli”də Alessio Dionisini əvəzləyib. Bu, sözügedən komandanın cari mövsüm 3-cü baş məşqçisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button