İtaliya klubunda argentinalı hücumçu

Argentinalı mərkəz hücumçusu Lukas Beltran “River Pleyti” tərk edərək A Seriyasına keçib.

Komanda.az xəbər verir ki, “Fiorentina” 22 yaşlı cənubi amerikalı üçün yeni iş yerinə çevrilib.

Florensiya klubunun rəsmi saytında yer alan xəbərə görə, futbolçu ilə 2028-ci ilin ortalarına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb. Hücumçunun transferi üçün Argentina klubuna 12 milyon avro ödənilib.

Beltran “River Pleyt”də keçirdiyi son mövsümdə 35 oyuna çıxıb. Hücumçu 16 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button