İtaliya klubu “Barselona”nın futbolçusunu transfer etdi

“Komo” “Barselona”nın futbolçusu Aleks Valyeni tam transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İtaliya klubu bu ilin fevralından “Barselona”nın B komandasından icarə əsasında heyətinə qatdığı 21 yaşlı ispaniyalı müdafiəçinin satın alınması variantından yararlanıb.

“Barselona”nın yetirməsi olan Valye “Komo”nun heyətində A Seriyasında 15 matçda meydana çıxıb. Futbolçu 6 milyon avro dəyərində qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button