“İstərdim ki, “Real” qələbə qazansın” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının finalında hansı komandaya azarkeşlik edəcəyini açıqlayıb.

Komanda.az xəbər verir ki, Qurbanov bu gün keçirilən mətbuat konfransında “Real”a azarkeşlik edəcəyini deyib:

“Layiq olan qazansın istəyirəm. İstərdim ki, “Real” qələbə qazansın. Biz həmişə öz reytinq xallarımız sayəsində irəliləmişik. Sadəcə, proqramımızda dəyişiklik ola bilər. İstərdim ki, futbolçularım daha çox istirahət etsinlər”.

Çempionlar Liqasının “Real”la Dortmund “Borussiya”sı arasında final görüşü bu gün keçiriləcək.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button