“Real”ın yeni kapitanı o olacaq

İspaniyanın “Real” komandasının yeni kapitanı məlum olub.

Komanda.az xəbər verir ki, “kral klubu”nun yeni lideri Marselo olacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Real”da yeni mövsümdə kapitanlıq sarğısını braziliyalı futbolçunun daşıyacağı bildirilib.

“Real”ın bundan əvvəlki kapitanı Serxio Ramos idi. 35 yaşlı müdafiəçi müddəti bitən müqaviləsini yeniləməyib və klubu tərk edib.

Marselo 2007-ci ildən “Real”da çıxış edir. 33 yaşlı müdafiəçinin klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button