Hazard “Real” azarkeşlərindən üzr istədi

İspaniyanın “Real” klubunun futbolçusu Eden Hazard azarkeşlərdən üzr istəyib.

Komanda.az xəbər verir ki, Madrid klubunun Çempionlar Liqasının yarımfinal mərhələsində “Çelsi”yə məğlub olduğu görüşdən (0:2) sonra keçmiş komanda yoldaşları ilə zarafatlaşarkən, gülən vəziyyətdə görüntülənən Hazard, “instagram” hesabı vasitəsilə “Real” azarkeşlərindən üzr istəyib. O, paylaşımında bunları qeyd edib:

“Məyusam. Haqqımda yazılanları oxudum və “Real” azarkeşlərini incitmək kimi bir fikrim yox idi. “Real”da oynamaq hər zaman xəyalım olub və bura qazanmağa gəlmişəm. Mövsüm bitməyib və La Liqada çempionluq üçün mübarizə aparacağıq”.

“Real” Çempionlar Liqasının yarımfinalında iki oyunun nəticəsinə görə “Çelsi”yə uduzub (1:1, 0:2). Hazard London komandası ilə cavab matçından sonra keçmiş komanda yoldaşları ilə zarafatlaşarkən, gülən vəziyyətdə görüntülənmişdi. Bundan sonra “Real” azarkeşləri futbolçuya bu görüntüsünə çox qəzəblənmiş, hətta, onun komandadan göndərilməsini istəmişdilər.

Hazard 2019-cu ilin yayında “Çelsi”dən “Real”a keçib. Belçikalı futbolçu bu mövsüm Madrid klubu ilə 18 oyuna çıxıb.

“Real” İspaniya La Liqasında 2-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button