
İspaniyalı futbolçu irqçilik ittihamlarını rədd edib
“Sevilya”dan icarə əsasında “Elçe”də çıxış edən ispaniyalı hücumçu Rafa Mir, “Espanyol”un müdafiəçisi Omar Əl Hilali ilə bağlı yaranan qalmaqalda ona qarşı səsləndirilən irqçilik ittihamlarını qəbul etməyib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, hadisə La Liqanın 28-ci turunun “Elçe” – “Espanyol” qarşılaşması (2:2) zamanı baş verib.
Oyunun baş hakimi İosu Qalek Apeztequia, mərakeşli futbolçunun şikayətindən sonra anti-irqçilik protokolunu işə salaraq matçı beş dəqiqəlik dayandırıb. Hakimin oyunun protokolunda qeyd etdiyinə görə, “Espanyol”un futbolçusunun sözlərinə əsasən, Rafa Mir rəqibinə qarşı “sən qayıqla gəlmisən” (çox güman ki, Afrikadan gələn marşruta aiddir) ifadəsini işlədib. Ancaq referi bu sözləri hakimlər briqadasından heç kimin eşitmədiyini də bildirib.
İspaniyalı hücumçu yaxın çevrəsi ilə söhbətdə irqçi ifadə işlətmədiyini deyib. Onun sözlərinə görə, o, rəqibinə sadəcə, “başını dağıdaram” kimi sərt və irqçiliklə bağlı olmayan söz söyləyib.
Bizi Facebook-da izləyin



