Millətlər Liqası: Final matçının hakimləri bilindi

İspaniya və Fransa milli komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının final matçının hakimləri məlum olub.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, həlledici oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Entoni Teylor olacaq. Ona yan xətt hakimləri Qeri Besuik və Adam Nann kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kreyq Pouson yerinə yetirəcək. Oyunun VAR hakimi Stüart Ettuell, onun köməkçiləri isə Kris Kavana, Li Betts (İngiltərə) və Pol van Bukel (Niderland) olacaq.

Oktyabrın 10-da, İtaliyadakı “San Siro” stadionunda keçiriləcək İspaniya – Fransa matçı saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button