İspaniya nəhəngi Komanı istəyir

“Real” “Bayern”in yarımmüdafiəçisi Kinqsli Komanla maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Məlumatda bildirilir ki, fransalı futbolçunu izləyən “Real” üçün Komanın alınması çox cəlbedici variantdır. “Bayern” isə yarımmüdafiəçi ilə ayrılmaq niyyətində deyil. Münhenlilər Komana çox ümid bəsləyirlər. “Bayern”in fransalı futbolçunun mümkün satışı barədə düşünməsi üçün klub böyük məbləğdə təklif almalıdır.

26 yaşlı Koman 2015-ci ildən “Bayern”də çıxış edir. O, bu mövsüm münhenlilərin heyətində bütün turnirlərdə 19 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button