
“Mançester Siti”nin futbolçusu La Liqa klubuna keçə bilər
“Mançester Siti”nin vingeri Ceremi Doku karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun transferində “Atletiko” maraqlıdır.
Madrid təmsilçisi belçikalı vingeri yay transfer dövründə heyətinə qatmağa çalışacaq. Futbolçu hazırda klubu ilə yeni müqavilə məsələsində razılığa gələ bilməyib.
Doku “Mançester Siti”yə 2023-cü ildə, “Renn”dən 60 milyon avro qarşılığında transfer olunub. Onun klubu ilə müqaviləsinin müddəti 30 iyun 2028-ci ilə qədərdir.
O, bu mövsüm bütün turnirlərdə “şəhərlilər”in heyətində 32 matçda iştirak edib, 3 qol vurub və 12 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



