“Yuventus” belçikalı futbolçu üçün danışıqlara başlayıb

İtaliyanın “Yuventus” klubu “Lester”in belçikalı müdafiəçisi Timoti Kastanla maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı sağ cinah müdafiəçisi də iş yerini dəyişməyə razıdır. “Qoca sinyora” Kastanın mümkün transferi ilə bağlı danışıqlara başlayıb.

Kastan 2020-ci ilin sentybarından “Lester”də çıxış edir. O, 2022/23 mövsümündə “tülkülər”in heyətində bütün turnirlər daxil olmaqla 42 oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button