
“İnter” və “Yuventus” yunan futbolçu ilə maraqlanır
“Volfsburq”un müdafiəçisi Konstantinos Kulierakis İtaliya A Seriyasının top-klublarının diqqət mərkəzinə düşüb.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun transferində həm “Yuventus”, həm də “İnter” maraqlıdır. Potensial keçidin dəyəri 30–45 milyon avro arasında dəyişə bilər.
Yunan futbolçu 2024-cü ilin yayından etibarən “Volfsburq”un formasını geyinir. Tərəflər arasındakı müqavilənin müddəti 2029-cu ilin yayına qədərdir.
O, cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində 20 oyuna çıxıb və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



