“İnter”in 2 futbolçusu “Barselona”nın hədəfində

“İnter”in iki futbolçusu – Milan Skriniar və Stefan de Vrey “Barselona”nın diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Barselona”nın qış transfer pəncərəsi dövründə hər iki oyunçu üçün danışıqlara başlayacağı bildirilir.

Həm Çempionlar Liqası, həm də İtaliya A Seriyasında mübarizə aparan “İnter”in qış fasiləsində iki futbolçusunu da eyni zamanda satacağı isə inandırıcı deyil. “Barselona” isə Samuel Umtitinin tez-tez zədələnməsinə görə artıq qış fasiləsində yeni müdafiəçi almaq niyyətindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button