“İnter” rəsmisi Romero ilə maraqlandıqlarını təsdiqlədi

“İnter”in idman direktoru Pyero Auzilio yay transfer planlarından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həm “Tottenhem”in müdafiəçisi Kristian Romero ilə maraqlandıqlarını təsdiqləyib, həm də Denzel Dumfrisin gedişindən sonra onun əvəzedicisi ilə bağlı hələ yekun qərarın verilmədiyini bildirib:

“Biz Romero ilə mütləq maraqlanırıq. Bunu həm futbolçuya, həm də klubuna çatdırmışıq. Belə məsələlər vaxt tələb edir. Görək, necə olacaq.

Hazırda konkret namizəd yoxdur. Variantları dəyərləndiririk. Transfer pəncərəsinin bağlanmasına hələ kifayət qədər vaxt var və komandamız üçün ən uyğun futbolçunu seçəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button