“İnter”in futbolçusu rəsmən “Əl-Nəsr”də

“İnter”in və Xorvatiya millisinin yarımmüdafiəçisi Marselo Brozoviç “Əl-Nəsr”ə transfer olunub.

Komanda.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

30 yaşlı oyunçu üçün klub 18 milyon avro təzminat ödəyəcək. Brozoviç isə imzaladığı 3 illik müqaviləyə əsasən, mövsümünə 30 milyon avro qazanacaq.

Brozoviç 2015-ci ildən “İnter”də çıxış edirdi. O, ötən mövsüm 40 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub. Xorvat yarımmüdafiəçi “Əl-Nəsr”də Kristiano Ronaldo ilə birgə oynayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button