Alınmır…

Bir müddətdir adı “İnter”lə yanaşı çəkilən “Roma”nın futbolçusu Edin Dzekonun transferi baş tutmaya bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna səbəb futbolçunun transfer qiymətidir. Belə ki, “canavarlar” 33 yaşlı futbolçu üçün 20 milyon avro tələb edib. “İnter” isə hücumçu üçün 10 milyon avrodan çox ödəmək niyyətində deyil.

“Neradzurra”nın Dzekonun transferini iyulun əvvəlinə qədər tamamlamaq istədiyi, amma təzminat məbləğinə görə danışıqların uzandığı bildirilir.

Bosniya və Herseqovina millisinin şərəfini qoruyan Dzeko, bu mövsüm “Roma”nın heyətində keçirdiyi 40 oyunda 14 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button