“İnter” Vidalın xidmətindən məhrum oldu

İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Arturo Vidal əməliyyat olunacaq.

Komanda.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.

Vidal İtaliya A Seriyasının 26-cı turu çərçivəsində martın 8-də keçirilmiş “Atalanta” ilə ev oyununda (1:0) sol dizindən zədə almışdı. Klub həkimləri ətraflı müayinələrdən sonra 33 yaşlı futbolçunun əməliyyat olunmasına qərar veriblər.

Əməliyyat bu gün – martın 12-də baş tutacaq. Çilili yarımmüdafiəçinin bərpa müddəti barədə açıqlama verilmir.

2020-ci ilin sentyabrından “İnter”in uğurları üçün çalışan Vidal, bu komandanın heyətində bütün turnirlər çərçivəsində 30 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button