“İnter” VİDALaşmaq istəyir

İtaliyanın “İnter” klubu futbolçusu Arturo Vidalla vidalaşmaq istəyir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan klubu çilili yarımmüdafiəçinin transferindən pul qazanmağı düşünmür. “İnter”in hətta illik qazancı 7 milyon avro olan Vidalın hansısa kluba keçəcəyi halda, onun məvacibinin bir hissəsini ödəmək istədiyi də iddia olunur. Bir sözlə, “neradzurra” 34 yaşlı futbolçudan qurtulmaq niyyətindədir.

Vidal “İnter”ə 2020-ci ildə “Barselona”dan transfer olunmuşdu və iki illik müqavilə imzalamışdı.

Çilili futbolçu “İnter”dən əvvəl “Yuventus”, “Bavariya”, “Barselona” kimi klublarda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button