“İnter” Sommerə əvəzləyici tapıb

“Aston Villa”nın qapıçısı Emiliano Martines karyerasını A Seriyasında davam etdirə bilər.

Komanda.az “Flashscore”-a istinadən xəbər verir ki, argentinalı qolkiperlə “İnter” ciddi şəkildə maraqlanır.

Milan klubu mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq Yann Sommerin mümkün gedişi fonunda yeni əsas qapıçı axtarır. 33 yaşlı Martines onların namizədlər siyahısında yer alır.

“İnter” argentinalı futbolçunu ilk dəfə deyil hədəfə götürür. Klub 2023-cü ildə də onu transfer etməyə çalışmışdı, ancaq “Aston Villa” buna icazə verməmişdi.

Martineslə bağlı digər iddialılar sırasında “Tottenhem” yer alırdı, həmçinin ötən yay onun adı “Mançester Yunayted”lə də hallanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button