Erməni türkün yanına gedir

“Roma”nın ermənistanlı yarımmüdafiəçisi Henrix Mxitaryan “İnter”ə keçə bilər.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, “İnter” Mxitaryanı pulsuz transfer etmək istəyir. Çünki onun “Roma” ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.

İngiltərənin “Tottenhem” və “Aston Villa” klubları da erməni oyunçunu transfer etmək istəyir.

“İnter”də Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu forma geyinir.

Mxitaryan cari mövsümdə “Roma”nın heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə edib.