“İnter” ikinci Zanettini axtarır

“İnter” rəhbərliyi Xavyer Zanetti kimi başqa bir futbolçu tapmaq istədiklərini etiraf edib.

Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, bunu klubun idman direktorunun müavini Dario Bakçin deyib:

“Mən 16 yaşından etibarən karyerası boyunca “İnter” formasını geyinə biləcək yeni Zanetti tapmağı düşünürəm”.

Argentinalı sabiq müdafiəçi 1995-2014-cü illərdə, karyerasının sonuna kimi “İnter”də çıxış edib. Zanetti hazırda “İnter” klubunun strukturunda çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button