“Fantastik iş görən Renat Dadaşova çox güvənirik”

İngiltərənin “Vulverhempton” klubunun 23 yaşlı futbolçulardan ibarət komandasının baş məşqçisi Ceyms Kollinz açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, komandanın “Sauthempton” (0:1) və “Birmingem”lə (2:2) matçlarından danışan Kollinz, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun da çıxışını dəyərləndirib:

“Birmingem”lə oyunda çox da yaxşı deyildik. Hesabda geri düşdük və azlıqda qaldıq. 10 nəfər olanda qorxusuz komandaya çevrildik. Renat Dadaşov da əks-hücumda fantastik qələbə qolunu vurdu və son 15 dəqiqədə həqiqətən əla müdafiə olunduq.

Hazırda bizim üçün fantastik iş görən Renat Dadaşova çox güvənirik. Ancaq hücumda tək qalır. Buna görə də, irəlidə daha keyfiyyətli oynamalıyıq”.

Dadaşov komandasının “Birmingem”lə 2:2 hesablı heç-heçə etdiyi oyunda bir qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button