“Liverpul”a 100 minlik cərimə

İngiltərənin “Liverpul” klubu cəzalandırılıb.

Komanda.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası Mersisayd təmsilçisinə 100 min funt-sterlinq pul cəriməsi verib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

“Liverpul”un cəzalanmasına səbəb, komandanın İngiltərə Liqa kubokunun 1/16 final mərhələsinin “Milton Kins Dons”la matçında turnirdə iştirak etmək hüququ olmayan futbolçunu oynatmasıdır.

“Liverpul” “Milton Kins Dons”u 2:0 hesabıyla məğlub edərək, növbəti mərhələyə yüksəlib. Mersisayd təmsilçisi 1/8 finalda “Arsenal”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button