Artetadan “Barselona” ilə bağlı açıqlama

İngiltərənin “Arsenal” komandasının baş məşqçisi Mikel Arteta mövsümün sonunda “Barselona”ya keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xəbər verir ki, “Sky Sports”a danışan ispan mütəxəssis, “Barselona”nın böyük klub olduğunu söyləyib:

“Barselona”da seçkilər ərəfəsidir deyə, hər cür fikirlər olacaq. “Barselona” böyük klubdur, orda bir futbolçu kimi böyümüşəm və hər zaman onlara rəğbətim olacaq. Lakin indi bütün diqqətim “Arsenal”dadır və burda çox işimiz var. Bu gün “Arsenal”ın baş məşqçisiyəm, sabah da bu komandada olacam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button