“Arsenal” onun üçün “Real”la danışıqlar aparacaq

İngiltərənin “Arsenal” klubu icarə əsasında komandada çıxış edən Martin Odeqardın transfer hüquqlarını almaq istəyir.

Komanda.az xəbər verir ki, London təmsilçisinin rəhbərliyi və komandanın baş məşqçisi Mikel Arteta norveçli yarımmüdafiəçinin çıxışından məmnundur. Bu barədə italyan jurnalist Fabritsio Romano məlumat yayıb. “Arsenal” yayda Odeqardın transfer hüquqlarını almaq üçün “Real”la danışıqlar aparacaq.

Bu ilin yanvarında icarə əsasında “Real”dan “Arsenal”a keçən Odeqardın müqaviləsi yaya qədərdir. 22 yaşlı yarımmüdafiəçi Premyer Liqada 8 oyunda 1 qol vurub. Norveç milli komandasının da üzvü olan futbolçunun “transfermarkt”da dəyəri 40 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button