Yamaykalı futbolçu İngiltərənin 3 klubunun hədəfində

Almaniyanın “Bayer” klubunun futbolçusu Leon Beyli İngiltərənin bir neçə klubunun hədəfindədir.

Komanda.az “Daily Maily”ə istinadən xəbər verir ki, “Çelsi”, “Mançester Siti” və “Mançester Yunayted” 22 yaşlı futbolçunun xidmətində maraqlıdır. Hər üç klubun futbolçu üçün qarşı tərəfə təklif göndərməyə hazır olduğu bildirilir.

Beylinin transfer qiyməti 30 milyon avro olaraq göstərilir.

2017-ci ildən “Bayer”də çıxış edən yamaykalı futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button