“Sevgi hər zaman qalib gələcək!”

İngiltərə yığmasının və “Arsenal”ın futbolçusu Bukayo Saka AÇ-2020-dən sonra irqçiliyə məruz qalması ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi, artıq irqçiliyə öyrəşdiyini deyib:

“Sosial şəbəkədən çoxlu irqçi mesajlar aldım. Bunları heç bir uşağın və ya böyük birinin yaşamaması lazımdır. Buna oxşar mesajlar almağa öyrəşmişəm. Çünki sosial media platformaları belə davranışların qarşısını almaq üçün nəsə etmir.

Futbolda və ya futboldan kənarda irqçiliyə yer olmamalıdır. Bir-birimizə daha nəzakətli olaraq, belə şeyləri həyatımızdan çıxara bilərik. Sevgi hər zaman qalib gələcək!”

AÇ-2020-nin İngiltərə və İtaliya milli komandaları arasında keçirilən final matçında penaltini dəqiq yerinə yetirməyən ingilis futbolçular – Saka, Markus Reşford və Ceydon Sanço sosial şəbəkədə irqrçiliyə məruz qalıb.

İngiltərə yığması əsas vaxtı 1:1 hesabıyla bitən matçın penaltilər seriyasında İtaliyaya 2:3 hesabıyla uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button