Oyarzabal üçün 60 milyon avro ödəməyə hazırdırlar

“Real Sosyedad”ın vingeri Mikel Oyarzabal karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, ispaniyalı futbolçunun xidmətində “Aston Villa” maraqlıdır. Klub rəhbərliyi Oyarzabal üçün 60 milyon avro ödəməyə hazırdır.

26 yaşlı futbolçu 2016-cı ildən La Liqa klubunun şərəfini qoruyur. O, bu mövsüm komandanın heyətində 22 matç keçirib, 8 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button