PSJ-dən “Vest Hem”ə – rəsmi

İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, London təmsilçisi PSJ-dən Alfonso Areolanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Areola 2021/2022 mövsümünü icarə əsasında “Vest Hem”də keçirəcək.

Premyer Liqa klubu yeni mövsümün sonunda 28 yaşlı qapıçının transfer hüquqlarını ala bilər.