Xames Rodriqes Qətər yolunda

İngiltərənin “Everton” klubunun futbolçusu Xames Rodriqes karyerasını Qətərdə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, “Əl Rayan” klubu 30 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Qətər klubu Xamesi icarəyə götürmək istəyir.

Daha əvvəl İspaniyada “Real”, Almaniyada “Bayern” kimi klublarda çıxış edən Xames, 2020-ci ildən “Everton”dadır. Kolumbiyalı futbolçu bu mövsüm heç bir rəsmi oyuna çıxmayıb.