Benites üçün həyəcan siqnalı

İngiltərənin “Everton” klubunda baş məşqçi Rafael Beniteslə yollar ayrıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb. Xəbərdə, “Everton” rəhbərliyinin komandanın uğursuz çıxışına görə baş məşqçi Benitesin işindən narazı olduğu bildirilib.

Mersisayd təmsilçisinin rəsmiləri yaxın zamanda iclas keçirəcək və Benitesin gələcəyi ilə bağlı qərar verəcək.

“Everton” Premyer Liqada 15-ci sıradadır.