David Luiz Fransa klubu ilə danışıq aparır

İngiltərənin “Arsenal” klubundan ayrılan David Luiz karyerasını Fransada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, hazırda azad agent olan 34 yaşlı müdafiəçi “Marsel” klubu ilə danışıqlar aparır. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Xəbərdə, tərəflər arasında hələ razılıq əldə olunmadığı bildirilib.

David Luiz daha əvvəl – 2014-2016-cı illərdə Fransada PSJ klubunda çıxış edib.