Premyer Liqa: Ayın ən yaxşı futbolçusu açıqlandı

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az turnirin saytına istinadən xəbər verir ki, bu, “Vest Hem”in yarımmüdafiəçisi Cessi Linqarddır. 28 yaşlı futbolçu ötən ay iştirak etdiyi 4 oyunda 4 qol vurub.

“Vest Hem” Premyer Liqada 6-cı sıradadır.