
“İmişli”də yeni futbolçu
“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.
Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən bildirilib.
25 yaşlı yarımmüdafiəçi Orxan Fərəcovla müqavilə imzalanıb.
Fərəcov karyerası ərzində “Şamaxı-2”, “Keşlə”, “Səbail” klublarının uğurları üçün çalışıb. Legioner həyatı da yaşayan yarımmüdafiəçi Polşanın “KS CK Troszyn” və “Narew Ostrołęka” komandalarında çıxış edib.
Futbolçunun son klubları “Baku Sportinq” və “Şahdağ” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



