
Gündoğan Türkiyə klubuna keçir
“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan klubunu dəyişir.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun “Qalatasaray”a keçidi üzrə razılıq əldə olunub.
Gündoğan sərbəst agent statusunda İstanbul klubuna qoşulacaq və iki mövsümlük – müddəti 2027-ci ilin ortalarına qədər olan müqavilə imzalayacaq.
Gözlənilir ki, o, bu axşam İstanbulda tibbi müayinədən keçəcək və transfer rəsmi şəkildə yekunlaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



