
“İlk buraxılan qol oyunumuza təsir etdi” – Berdıyev
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan danışıb.
Komanda.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyət haqda bunu deyib:
“Ümumilikdə ağır oyun oldu. “Qarabağ”ın üstünlüyü var idi. İlk buraxılan qol oyunumuza təsir etdi. Cəhdlərimiz oldu, amma alınmadı. Düşünürəm ki, bu, həyəcanla bağlı idi. Ələ düşən şanslardan istifadə etsəydik, başqa cür olardı”.
Nəzrin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



