“Onunla oynamaq üçün müqavilə imzalamışıq” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 2-ci turunda “Real Sosyedad”a qarşı keçirdikləri oyun (4:1) haqqında danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Xavi, ikinci hissədə fərq yaratdıqlarını deyib:

“Bu stadionda qələbə qazanmaq həmişə çətindir. İkinci hissədə oyuna yaxşı daxil olduq və fərq yaratdıq. Bu, bizim üçün çox vacib, işimizi gücləndirən qələbədir. Düşünürəm ki, ümumilikdə yaxşı oyun keçirdik. Jül Kundenin yoxluğu hamımızı narahat edir, çünki onunla oynamaq üçün müqavilə imzalamışıq. Gəlin, gələn həftəni gözləyək”.

Kataloniyalıların “Sevilya”dan 55 milyon avroya aldığı müdafiəçi Jül Kunde hələ də oyunlara çıxmır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button