İki yarımfinalçı müəyyənləşdi

Azərbaycan Basketbol Liqasında iki yarımfinalçı müəyyənləşib

Komanda.az xəbər verir ki, bu gün keçirilən pley-off qarşılaşmalarından sonra növbəti mərhələyə adlayan komandalar bəlli olub.

“Sərhədçi”yə 104:77 hesabı ilə qalib gələn “Sabah” yarımfinala yüksəlib. Bu komandalar arasında keçirilən ilk matçda da “bayquşlar” qələbə (90:64) qazanmışdı.

Növbəti yarımfinalçının adına “Ordu” – “Neftçi” görüşündə aydınlıq gəlib. Rəqibini 88:54 hesabı ilə üstələyən “ağ-qaralar” adını növbəti raunda yazdırıb. Tərəflər arasında reallaşan ilk görüşdə də “Neftçi” qalib (93:84) gəlmişdi.

“Sabah” finala gedən yolda “Şəki” – “Gəncə”, “Neftçi” isə “Naxçıvan” – “Abşeron” cütünün qalibi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button