“İki qol buraxmağım üçün mənə bir milyon dollar təklif etdilər”

Argentina millisinin sabiq qapıçısı Uqo Qatti “Boka Xuniors”da çıxış edərkən, “River Pleyt”ə qarşı keçirəcəkləri oyundan əvvəl rüşvət təklifi aldığını ediraf edib.

Komanda.az xəbər verir ki, “El chiringuito”ya danışan sabiq qolkiper, “River Pleyt” nümayəndələrinin ona iki qol buraxması üçün 1 milyon dollar təklif etdiklərini bildirib:

“İki qol buraxmağım üçün mənə bir milyon dollar təklif etdilər. Bir nəfər mənə bu təklifi edəndə, restoranda yemək yeyirdim. Onların təklifi ilə razılaşmadım, gülməli cavab verdim. Bildirdim ki, mənə bir milyon dollar verin, 70 qol buraxım. Həmin vaxt Argentinada bir milyon dollar yox idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button