İkardidən Azərbaycana təşəkkür

“Qalatasaray”ın futbolçusu Mauro İkardi “Qarabağ”la dünən Bakıda keçirilən xeyriyyə matçı haqda fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, qələbə qolunu vuran argentinalı hücumçu “instaqram” hesabındakı paylaşımında bu oyuna görə Azərbaycana təşəkkür edib:

“Zəlzələdə zərərçəkənlərə yardım üçün təşkil edilmiş bu oyuna görə Azərbaycana təşəkkür edirəm. İştirak edən hər kəsə minnətdaram”.

“Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatan matçdan əldə olunacaq bütün gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə ayrılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button