İkardi İngiltərə klubunun təklifini rədd etdi

PSJ-nin hücumçusu Mauro İkardi “Vulverhempton”a keçməkdən imtina edib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki 29 yaşlı argentinalı futbolçu PSJ-nin növbəti mövsüm üçün planlarına daxil edilməyib və bu yay klubu tərk edə bilər. Amma o, “Vulverhempton”dan gələn təklifi də rədd edib.

İkardi 2019-cu ildə icarə əsasında “İnter”dən PSJ-yə keçmiş, bir il sonra isə Fransa klubu ilə tam müqavilə imzalamışdı.

O, ötən mövsüm Fransa Liqa 1-də 24 matçda iştirak edib və 4 qol vurub.

Bizi Telegramda izləyin