Ailton Silva “Qarabağ”dan ayrılacaq

İcarə əsasında “Qarabağ”da forma geyinən Ailton Silva mövsümün sonunda komandadan ayrılacaq.

Komanda.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Xəbərdə, Ağdam təmsilçisinin braziliyalı futbolçunu birdəfəlik transfer etmək üçün müqavilə ilə məxsus olduğu “Ştutqart”a 1,5 milyon avro ödəməli olduğu bildirilib. Ancaq “Qarabağ”ın bu məbləği ödəməsinin inandırıcı olmadığı qeyd olunub.

Braziliyalı futbolçunun mövsümün sonunda “Qarabağ”dan ayrılacağı və “Ştutqart”a qayıdacağı gözlənilir.

Ailton ötən ilin yayından “Qarabağ”da çıxış edir. 24 yaşlı müdafiəçinin icarə müqaviləsi mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button