“Onunla müqayisə ediləndə çox sevinirəm” – Gürcü futbolçu

“Napoli”nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya klubun əfsanəsi Dieqo Maradona ilə müqayisə edilməsinə münasibət bildirib.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, gənc futbolçu azarkeşlərin müqayisəsinin onu xoşbəxt etdiyini deyib:

“Maradona ilə müqayisə olunmaqdan söz düşmüşkən, düşünürəm ki, heç kim onunla müqayisə oluna bilməz, o, futbol əfsanəsi idi. Onun kimi futbolçunun gələcəkdə meydana çıxacağını gözləmək çox çətindir.

Təbii ki, azarkeşlər məni onunla müqayisə edəndə çox sevinirəm. Bu, mənim üçün çox şey deməkdir. Kimsə sizi belə bir oyunçu ilə müqayisə edərsə, yalnız bununla fəxr edə və xoşbəxt ola bilərsiz”.

21 yaşlı gürcü 2022-ci ilin iyulunda “Napoli”yə keçib. O, İtaliya klubunun heyətində 17 oyuna çıxıb, 8 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button