DÇ-2022: “Ən azı heç-heçəyə layiq idik” – Sisse

Seneqal millisinin baş məşqçisi Aliu Sisse DÇ-2022-nin qrup mərhələsinin ilk matçında Niderlanda məğlubiyyəti (0:2) şərh edib.

Komanda.az “Sport News Africa”-ya istinadən xəbər verir ki, seneqallı mütəxəssis real qol vəziyyətlərini qaçırdıqlarını etiraf edib. O, komandasının ən azı bir xala layiq oyun sərgilədiyini vurğulayıb:

“Yüksək səviyyəli matç oldu. Hesab oyunun mahiyyətini əks etdirmir. Bəli, qol vura bilmədik, amma yaxşı epizodlarımız oldu. Qarşıdakı iki görüşdə şanslarımızı reallaşdırmağa çalışacağıq. Futbolçularım meydanda çox enerji sərf etdilər. Ən azı heç-heçəyə layiq idik”.

Baş məşqçi səhvlərdən nəticə çıxaracaqlarını, daha da yaxşı çıxış edəcəklərini bildirib:

“Bəlkə də, mən günahkaram. Komanda uduzanda baş məşqçi günahkar olur. Futbolda qol vurmasan, qazana bilməzsən Biz səhvlərimizin üzərində işləyəcəyik. Məğlubiyyət bizi motivasiya etdi. Daha da yaxşı çıxış etmək lazımdır”.

DÇ-2022-nin ikinci turunda Seneqal millisi Qətərlə qarşılaşacaq. Qarşılaşma noyabrın 25-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button