
Sabiq futbolçu hakimlikdən narazıdır
“Nyukasl”ın sabiq hücumçusu Alan Şirer İngiltərə futbolundakı hakimliyin hazırkı vəziyyətindən narazılığını bildirib. O, bu haqda Premyer Liqanın 31-ci turundakı “Mançester Yunayted”lə “Bornmut” arasındakı oyundan (2:2) sonra danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:
“Hazırkı hakimlik uzun müddətdir gördüyümüz ən pis hakimlikdir və getdikcə daha da pisləşir. Hakimlər VAR-a çox güvənirlər. Bu isə indi hakimlik standartlarına təsir göstərir və yaxşı görünmür”.
“Mançester Yunayted” 1:0 hesabıyla irəlidə olarkən, 67-ci dəqiqədə “qırmızı şeytanlar”ın hücumçusu Amad Diallo cərimə meydançasına daxil olub və rəqib müdafiəçi Adrien Truffer onu itələyib. Hakim Stüart Atvell qayda pozuntusu qeydə almayıb və bu da tənqidlərə səbəb olub.
Bizi Facebook-da izləyin



