“Hazırda biz dünyanın ən yaxşı komandası deyilik” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatının 16-cı turunun “Luton”la oyunu öncəsi komandasının hazırkı səviyyəsini dəyərləndirib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis nəticə əldə edə bilmədiklərini bildirib:

“Hazırda biz dünyanın ən yaxşı komandası deyilik, çünki nəticə əldə etmirik. Biz Avropanın ən yaxşısı idik, dünyaya gəlincə, iki-üç həftədən sonra görəcəyik. Əsas odur ki, iki həftə əvvəl olduğu kimi öz səviyyəmizdə oynayaq. Yalnız “Aston Villa” ilə matçda rəqib bizdən yaxşı oynadı, amma çox yox. Biz öz səviyyəmizə qayıtmalıyıq. Yaxşı nəticələr bizə kömək edəcək. Növbəti iki matç Səudiyyə Ərəbistanına Klublararası dünya çempionatına getməzdən əvvəl çox vacibdir”.

“Luton” – “Mançester Siti” matçı sabah saat 18:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button