Hazarddan Zidan etirafı

“Çelsi”nin futbolçusu Eden Hazard maraqlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı hücumçu, “Real”ın baş məşqçisi Zinəddin Zidan və Belçika millisinin çalışdırıcısı Roberto Martines haqda fikirlərini bildirib:

“Zidanın sayəsində futbola başladım. Ona çox hörmət edirəm”.

“Roberto Martines, yoxsa Zinəddin Zidanı seçərdin” sualını cavablandıran Hazard, seçimini Martinesdən edib:

“Martineslə xüsusi uğurlar qazanmışıq. Buna görə də, Martinesi seçirəm”.

“Real” Hazard üçün bir müddət əvvəl “Çelsi”yə 82 milyon avro təklif etmiş, lakin “zadəganlar” bu təklifi rədd etmişdilər. “Çelsi” belçikalı hücumçu üçün ən azı 100 milyon avro tələb edir.

“Çelsi” ilə 2020-ci ilə qədər olan Hazard, bu mövsüm 39 oyunda iştirak edərək, 16 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button